Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
Azərbaycan ilə Kamboca arasında ticarət əlaqələrini genişləndirmək məqsədilə çərçivə sazişinin imzalanması barədə razılıq əldə olunub. Bunu Kamboca Krallığının Baş naziri Hun Manet Bakıda Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
Baş nazir vurğulayıb ki, 2014-cü ildəki səfər zamanı tərəfdaşlığın yol xəritəsi müəyyənləşdirilib və hazırkı səfər ticarət dövriyyəsini artırmaq üçün yeni imkanlar açır. Razılaşmaya əsasən, bağlanacaq çərçivə sazişi çərçivəsində ticarət əlaqələrinin inkişafına dair konkret tədbirlər planı hazırlayacaq və onların icrasını təmin edəcək birgə işçi qrupu fəaliyyətə başlayacaq.