• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
12.10.2026 12:52

Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə 19 yaşlı tələbə otaq yoldaşını bıçaqlayıb
Cəmiyyət 13:26
Mingəçevirdə 19 yaşlı tələbə otaq yoldaşını bıçaqlayıb
Zelenskiy və Tramp arasında Rusiya neft emalı zavodlarına zərbələrə görə gərginlik arta bilər
Cəmiyyət 13:18
Zelenskiy və Tramp arasında Rusiya neft emalı zavodlarına zərbələrə görə gərginlik arta bilər
Məktəblərdə geyim qaydalarına etiraz edən 37 nəfər həbs edilib
Cəmiyyət 12:55
Məktəblərdə geyim qaydalarına etiraz edən 37 nəfər həbs edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:52
Sabahın hava proqnozu açıqlanıb
Ötən həftə 1239 hektar ərazi minalardan təmizləndi
Cəmiyyət 11:05
Ötən həftə 1239 hektar ərazi minalardan təmizləndi
Zaqatalada 14 yaşlı qız dəm qazından öldü
Cəmiyyət 10:36
Zaqatalada 14 yaşlı qız dəm qazından öldü
Təhsil Şurası İB hicab manipulyasiyasını pislədi
Cəmiyyət 10:22
Təhsil Şurası İB hicab manipulyasiyasını pislədi
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı ölüb
Cəmiyyət 10:00
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı ölüb
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Cəmiyyət 22:46
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol