• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib

Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib
13.10.2026 16:54

 

 Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrində Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparıldığını, eləcə də Türkiyənin bəzi siyasi nümayəndələrinin ölkə ilə bağlı əsassız ittihamlar səsləndirdiyini bəyan edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

İşçi qrupunun bəyanatında qeyd olunub ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi millət vəkillərinin və Türkiyə Prezidenti Administrasiyasının baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı açıqlamaları narahatlıq və təəssüf doğurur.

 

Bəyanatda vurğulanıb ki, Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir.

 

“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir”, - bəyanatda bildirilib.

 

İşçi qrupu Azərbaycanın dünyəvi dövlət quruluşunun və dini etiqad azadlığının Konstitusiya ilə təmin olunduğunu xatırladıb. Qeyd edilib ki, ölkənin təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır.

 

Bəyanatda təhsil müəssisələrində tətbiq olunan qaydaların bütün vətəndaşlara eyni şəkildə şamil edildiyi və hər hansı dini mənsubiyyətə qarşı yönəlmədiyi vurğulanıb. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi yolverilməz hesab edilib.

 

İşçi qrupu Prezident İlham Əliyevə, Azərbaycan xalqına, onun tarixinə və görkəmli şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsinə də etiraz edib.

 

“Bəyanatda AK Parti iqtidarının bu halların qarşısının alınması istiqamətində addım atmaması, eləcə də Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyalara və bu istiqamətdə çağırışlara dözümlü münasibət göstərilməsi də suallar doğuran məqamlar kimi qeyd olunub.

 

İşçi qrupu Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinin siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb etdiyini bildirib.

 

Bəyanatda Türkiyənin müvafiq siyasi dairələrinə, o cümlədən parlamentdə təmsil olunan hakim partiyanın nümayəndələrinə Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirmək, ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinmək çağırışı edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Siyasət 18:37
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Tom Berendsen oktyabrın 26-da Azərbaycana səfər edəcək
Siyasət 18:21
Tom Berendsen oktyabrın 26-da Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Siyasət 18:05
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Paşazadə: Hicab məsələsi ilə xalqı etiraza qaldırmaq qəbuledilməzdir - video
Siyasət 17:24
Paşazadə: Hicab məsələsi ilə xalqı etiraza qaldırmaq qəbuledilməzdir - video
XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Siyasət 17:05
XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib
Siyasət 16:54
Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib
Azərbaycanda bank kreditləri üzrə icra işlərinin sayı 50% artıb - Zahid Oruc/ Video
Siyasət 12:30
Azərbaycanda bank kreditləri üzrə icra işlərinin sayı 50% artıb - Zahid Oruc/ Video
Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Siyasət 12:02
Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Deputat: ideoloji məkanımız yad təsirlərdən azad olmalıdır- Video
Siyasət 11:56
Deputat: ideoloji məkanımız yad təsirlərdən azad olmalıdır- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox