• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: ideoloji məkanımız yad təsirlərdən azad olmalıdır- Video

Deputat: ideoloji məkanımız yad təsirlərdən azad olmalıdır- Video
13.10.2026 11:56

Azərbaycanın ideoloji məkanı yad ünsürlərdən və təsirlərdən azad olmalıdır. Bunu deputat Tahir Mirkişili bildirib.

“Bu ideoloji boşluqlar sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar və süni intellekt dövründə bizim ideoloji məkanımız yad ünsürlərdən və yad təsirlərdən azad olmalıdır”, - deputat deyib.

Mirkişili son illərdə Azərbaycana qarşı ideoloji zəminli hibrid hücumların sayının artdığını vurğulayıb. O, milli ideologiyanın məzmununun öyrənilməsi, istiqamətlərinin müəyyənləşdirilməsi və gənclər arasında təbliği məqsədilə Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib.

Deputat 1998-ci ildə Heydər Əliyevin milli ideologiya ilə bağlı çıxışına da istinad edib. Onun sözlərinə görə, həmin çıxışda milli ideologiyanın əsasını dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər təşkil edib.

“Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir”, - Mirkişili Heydər Əliyevin çıxışından sitat gətirib.

O, milli ideologiyanın tərkib hissələri sırasında Azərbaycan dilini, adət-ənənələri, eləcə də Konstitusiyada əks olunan hüquqi, demokratik və dünyəvi dövlət prinsiplərini qeyd edib.

“Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Azərbaycançılıq təşkil edir. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bütün bunların hamısı Azərbaycançılıq anlayışının tərkib hissələridir”, - deputat bildirib.

Mirkişili təklif olunan institutun milli ideologiyanın inkişafına və gənclər arasında təbliğinə töhfə verə biləcəyini deyib. O, həmçinin qanun layihəsinin Azərbaycan və türk dünyası əlaqələrində mühüm rol oynayacağını bildirərək sənədi dəstəklədiyini qeyd edib.

 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol