Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı müzakirə olunub
Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, gündəlikdə olan məsələlərlə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər. Sonra cari məsələlər ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda qərarlar qəbul olunaraq Holdinqə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.