• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq
13.10.2026 23:30

Oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Binəqədi RETSİ-nin xidmət ərazisində isə 9-cu mikrorayonun Mir Cəlal küçəsinin bəzi hissələrində saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Məlumata görə, təmir-təftiş və sınaq işləri elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə aparılır.

İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:30
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Cəmiyyət 22:19
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 20:56
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək
Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı müzakirə olunub
Cəmiyyət 17:54
Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı müzakirə olunub
Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib
Cəmiyyət 17:08
Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib
XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Siyasət 17:05
XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb
Cəmiyyət 16:03
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb - Yenilənib
Cəmiyyət 15:55
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb - Yenilənib
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
Cəmiyyət 15:41
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol