Lavrov Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) 7-ci Zirvə Görüşündə iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə təşkilatın gələcək inkişafı, o cümlədən Avrasiya məkanında müxtəlif platformalar arasında əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.
Gündəlikdə kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də Rusiyanın koordinasiyası ilə beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi daxil olmaqla, praktiki əməkdaşlığın müxtəlif istiqamətləri yer alır.
İştirakçılar, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.