Azərbaycana köçən gənclər arasında qadınlar üstünlük təşkil edir - siyahı
2025-ci ildə xarici ölkələrdən Azərbaycana daimi yaşamaq üçün gələn 15-29 yaşlı 419 nəfərin 268-i qadın, 151-i kişi olub. Qadınların sayı kişilərdən təxminən 1,8 dəfə çox olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Rusiyadan gələn 189 nəfərin 114-ü qadın, 75-i kişi, Gürcüstandan gələn 142 nəfərin 101-i qadın, 41-i kişi olub.
Türkiyədən gələn 21 nəfərin 9-u qadın, 12-si kişi, Ukraynadan gələn 21 nəfərin 14-ü qadın, 7-si kişi olub.
Qazaxıstandan gələn 9 nəfərin hamısı qadın, Özbəkistandan gələn 8 nəfərin 7-si qadın, 1-i kişi, Türkmənistandan gələn 7 nəfərin 5-i qadın, 2-si kişi olub.
Belarusdan gələn 3 nəfərin 1-i qadın, 2-si kişi, Almaniya və ABŞ-dan gələnlərin hər birində 1 qadın və 1 kişi qeyd olunub.
Qırğızıstan və Moldovadan gələnlərin hər biri qadın olmaqla müvafiq olaraq 3 və 1 nəfər, Kanadadan gələn yeganə şəxs də qadın olub.
Çindən gələn qeydə alınmayıb.
Gülnar Nazimqızı