XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Fransada iğtişaşların, zorakılıq və vətəndaş itaətsizliyi hallarının artması ilə əlaqədar Azərbaycan vətəndaşlarına zəruri olmadıqda bu ölkəyə səfərdən çəkinmək tövsiyə olunub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) səyahət xəbərdarlığında bildirilib.
Fransada olan vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmək, kütləvi toplaşma yerlərindən uzaq durmaq və rəsmi məlumatları mütəmadi izləmək xahiş olunub.
XİN fövqəladə vəziyyət yaranacağı təqdirdə Azərbaycan vətəndaşlarını ölkənin Fransadakı səfirliyi ilə əlaqə saxlamağa çağırıb.
Əlaqə məlumatları:
Ünvan: 78, avenue d'Iéna, Paris, 75116
E-poçt: [email protected], [email protected], [email protected]
Telefon: +33 (0) 1 44 18 60 20, +33 (0) 1 44 18 60 23
Qaynar xətt (WhatsApp): +33 (6) 74740398