Azərbaycanda ötən gün 30 şübhəli saxlanılıb
Azərbaycanda oktyabrın 21-də polis tərəfindən cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin edilib.
Axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 71-i borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox