• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib

Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
26.10.2026 15:30

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakının dezinformasiya hesab etdiyi və region ölkələri arasında münasibətlərə zərər vura biləcəyini bildirdiyi CNN materialı ilə əlaqədar ABŞ məhkəmə sisteminə müraciət olunduğunu deyib.

Onun sözlərinə görə, telekanal həmin materialı bir neçə ay əvvəl yayımlayıb, daha sonra Azərbaycan tərəfinin cavab haqqı və təkzib tələblərini rədd edib.

“Biz ABŞ məhkəmə sisteminə müraciət etdik, lakin təəssüf ki, prosesin irəliləməsi üçün perspektiv görmürük”, — Hacıyev ingilis dilində çıxışında bildirib.

O, hansı materialdan söhbət getdiyini, müraciətin hansı məhkəməyə ünvanlandığını və rəsmi iddia qaldırılıb-qaldırılmadığını açıqlamayıb.

Hacıyev deyib ki, dezinformasiyanın yayılması yalnız sosial şəbəkələrlə məhdudlaşmır, peşəkar mediada da belə hallara rast gəlinir. Onun qiymətləndirməsinə görə, süni intellekt və rəqəmsal platformalar dezinformasiyanın yayılmasını sürətləndirir, bu isə dövlətlərə və cəmiyyətlərə qarşı hibrid təsir vasitəsinə çevrilir.

O, rəqəmsal təhdidlər nəzərə alınmaqla dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin tətbiqinə yenidən baxılmasını təklif edib. Hacıyev başqa ölkəyə fiziki müdaxilə olmadan, uzaq məsafədən müxtəlif vasitələrlə təsir göstərməyin mümkün olduğunu vurğulayıb.

Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunan Hacıyev iki ölkənin cəmiyyətlərini bu prosesi pozmaq cəhdlərinə birgə qarşı çıxmağa çağırıb. O, bəzi erməni diaspor dairələrini Qarabağ məsələsindən sülh gündəliyinə qarşı istifadə etməkdə ittiham edib.

 

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Cəmiyyət 16:26
QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Elnarə Baxış vəzifəsindən ayrılıb
Cəmiyyət 16:03
Elnarə Baxış vəzifəsindən ayrılıb
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Cəmiyyət 15:36
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
Cəmiyyət 15:30
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
“El Pizza” bağlanıb
Cəmiyyət 15:18
“El Pizza” bağlanıb

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Cəmiyyət 15:07
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Almaniya öz ordusunu Ukraynanın ucuz raketləri ilə təchiz edəcək
Cəmiyyət 14:31
Almaniya öz ordusunu Ukraynanın ucuz raketləri ilə təchiz edəcək
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Cəmiyyət 13:45
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Çoban Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib - Ermənistan MTX
Cəmiyyət 13:37
Çoban Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib - Ermənistan MTX
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol