• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Azərbaycanda Avropa Oyunları 19 idman növü üzrə keçirilə bilər

Azərbaycanda Avropa Oyunları 19 idman növü üzrə keçirilə bilər
11.12.2012 16:25
“Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilində ölkəmizə xarici şirkət köməklik göstəriləcək. Bu şirkət tender yolu ilə seçiləcək. Nəinki Azərbaycanda, hətta Avropada bu sahədə təcrübə olmadığından belə bir addım atılıb”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.Azad Rəhimov bildirib ki, hələlik Avropa Oyunlarının 13 idman növü üzrə keçiriləcəyi dəqiqləşib. Bunlar həndbol, voleybol, reqbi, boks, cüdo, taekvondo, triatlon, atçılıq, badminton, kamandan oxatma, qılıncoynatma, kanoe və stolüstü tennis idman növləridir. Bundan başqa iki qeyri-olimpiya növü üzrə də yarışlar keçiriləcək: “Biz karate  idman növünü təklif etmişik. Çünki bu növ bizdə yaxşı inkişaf edib. Beynəlxalq Karate Federasiyasının prezidenti Antonio Espinozla bu barədə söhbətimiz olub. Espinoz karatenin Avropa Oyunlarının proqramına salınmasına müsbət yanaşır. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki idman rəqslərini təklif edir. Düzdür, mən özüm də vaxtilə Azərbaycan İdman Rəqsləri Federasiyasının prezidenti olmuşam. Amma idman rəqsləri bu tədbirə nə dərəcədə uyğundur? Ona görə də proqrama qeyri-olimpiya növü üzrə şahmatın salınması mümkündür. Güləş, su idman növləri, gimnastikanın seçilməsində də problem olmamalıdır. Atletika idman növü ilə bağlı məsələ də hazırda nəzərdən keçirilir. Ümumilikdə Avropa Oyunlarının 19 idman növü üzrə keçiriləcəyi istisna deyil. Bütün növlərin sayına və tərkibinə 2013-cü il martın sonlarınadək aydınlıq gəlməlidir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol