• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Spiegel: Avropa İttifaqı TANAP-ın gücünün artırılmasını xahiş edib

Spiegel: Avropa İttifaqı TANAP-ın gücünün artırılmasını xahiş edib
14.12.2014 19:00
Avropa İttifaqı (Aİ) "Cənub axını” layihəsinin dayandırılması ilə əlaqədar TANAP qaz kəmərinin gücünün 20 milyard kub/metrə qədər artırılmasını istəyir.

APA-nın məlumatına görə, "Spiegel” jurnalı yazır ki, Aİ artıq bununla bağlı Türkiyə və Azərbaycan tərəfi ilə razılıq əldə edib.
 
Qeyd edək ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın "Şahdəniz” yatağından çıxan qazın Gürcüstan,-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 milyard kub/metr, Avropaya isə 10 milyard kub/metr həcmində qaz nəql ediləcək.
 
Daha sonra kəmərin gücünün 31 milyard kub/metrə çatdırılması planlaşdırılır.
 
"Kəmərin gücünün artırılması üçün texniki imkanlar var”, - deyə Avropa Komissiyasının sədr müavini, Aİ-nin enerji komissarı Miloş Şevçoviş bildirib. Onun sözlərinə görə, bütün layihə iştirakçıları arasında kəmərin tikintisinin 2019-cu ildə başa çatdırılmasına dair razılıq əldə olunub.   
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyadan Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub axını” layihəsinin dayandırıldığını bu il dekabrın 1-də bəyan edib. O bu qərarı Avropa İttifaqının Rusiyaya münasibətdə qeyri-konstruktiv mövqe tutması ilə əlaqələndirib, bu şərtlərlə layihənin icrasının mümkün olmadığını bildirib.
 
APA
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol