• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

İŞİD-dən növbəti edam səhnəsi - Video

İŞİD-dən növbəti edam səhnəsi - Video
29.05.2020 06:44
İŞİD terror təşkilatı Suriyada daha 13 nəfəri edam edib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, terror təşkilatının Rakkada edam etdiyi 13 nəfər sünni tayfasının mənsub olub. Öldürülən şəxslər Bəşər Əsəd rejimi ilə əməkdaşlıq etmək və insanların sıx yaşadığı bölgələrdə bomba partlatmaqda ittiham edilirdi. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə İŞİD tərəfindən həbs olunan 13 suriyalı gənc əks olunur. Onlar kamera qarşısına keçərək bir-bir adlarını və yaşadıqları ünvanlarını söyləyiblər. Görüntü və çəkiliş keyfiyyətinə görə bahalı kliplərdən heç də fərqlənməyən bu video insanlar arasında böyük marağa səbəb olub. 

Görüntülərin davamında isə üzü maskalı bir İŞİD-çi peyda olur və edamla bağlı danışır: "İŞİD-ə aid kəşfiyyat şöbəsi Rakka şəhərinin qərbində Əsəd rejiminə çalışan 13 nəfərlik şəbəkəni müvəffəqiyyətlə alt-üst etdi. Gördüyünüz bu xainlər İŞİD-ə qatılmaq məqsədiylə Suriyaya gələn xarici mücahid qardaşlarımızı qaçırıblar. Daha sonra həmin qardaşlarımızı pul qarşılığında Əsəd rejiminə satıblar. Tabka şəhərinə isə 2 bomba yüklü nəqliyyat vasitəsi gətiriblər və onlardan birini partladıblar. Digər vasitəni isə sürücüsüylə birlikdə ələ keçirdik", - deyə üzü maskalı şəxs deyib. 

Daha sonra avtomobillə birlikdə tutulan adam İŞİD-ə qarşı etdiyi əməllərindən danışıb. Görüntülərin son hissəsində İŞİD-çilər əli-gözü bağlı, yalın ayaq 13 adamı Rakka şəhərində əhalinin sıx olduğu yerə gətiriblər. Suriyalı gənclər sonda xalqın gözləri qarşısında başlarına güllə sıxılaraq edam edilib.

ANN.Az
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol