• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycan prezidenti “Xəyal Adası”nda

Azərbaycan prezidenti “Xəyal Adası”nda
12.01.2015 15:47
Azərbaycan prezidenti İlham Əliyev "Azərsun Holdinq” Şirkətlər Qrupunun "Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.

APA-nın məlumatına görə, "Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına "Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib.
 
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən "Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.

Azərbaycan prezidenti "Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verilib. "Xəyal Adası”nın layihəsi ilə tanış olan prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
 
Dövlət başçısı layihədən bəhs edən videoçarxa baxıb. Qeyd olunub ki, "Xəyal Adası”nda "ASAN xidmət” mərkəzi də yaradılacaq.
 
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzib. Prezident İlham Əliyev Qolf Akademiyasında yaradılan şəraitlə də tanış olub. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.

Sonra dövlət başçısı ərazini gəzib, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış olub. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox