İki aylığına Türkiyəyə göndərilən sənətkarın 22 illik hekayəti - MUSAHİBƏ

O, boya-başa çatdığı ailədə musiqiyə xüsusi yanaşma görüb; ata tərəfi - Kərimovlar ailəsinin bütün fərdləri musiqi və incəsənətlə məşğul olub, anası Flora Əhmədovanın gözəl səsi və musiqiyə həvəsi olmasına rəğmən hüquqşünas peşəsini seçib - Kriminalistika İnstitutunda işləyib, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, daha sonra Ali Arbitraj Məhkəməsinin rəhbəri kimi vəzifələrdə çalışıb. Hazırda bacısı Dilarə Kərimova da Ü.Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasında pianoçudur.
Həmsöhbətimiz Azərbaycanın əməkdar artisti Elnarə Kərimovadır. O, musiqi ilə 6 yaşında – piano dərslərinə başlayaraq tanış olub. Xor dirijorluğu üzrə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alan Elnarə xanıma bu fənndən Listenqarten ve Marina Rizkal kimi müəllimlər, bəstəkarlıq üzrə isə Leonid Vaynşteyn dərs deyib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xorunun üzvü kimi fəaliyyətə başlayıb.
Təhsilini Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (İndi Ü.Hacıbəyov adina Musiqi Akademiyası-müəl.) davam etdirərkən də onun müəllimlər sarıdan bəxti gətirib. Şostakoviçin tələbəsi olan Cövdət Hacıyevdən (bəstəkarlıq üzrə - müəl.), Arif Məlikov, Cahangir Cahangirov, Aqşin Əlizadə, Fərəc Qarayev, İsmayıl Hacıbəyov kimi ustalardan dərs alıb. Bəstəkarlıq və xor dirijoru bölməsini müvəffəqiyyətlə başa vuran Elnarə xanım hələ 26 yaşındaykən Azərbaycan Xor Kapellasının bədii rəhbəri və dirijoru vəzifəsinə təyin olunub.
Bu gənc qızın dirijorluğu zamanı - 1988-1992-ci illərdə çalışdığı kollektiv keçmiş sovet respublikalarını demək olar ki, başdan-başa gəzərək konsertlər verib. Bəs sonra?
ANN.Az əməkdaşı ilə söhbətində Elnarə Kərimova həyat və yaradıcılığının sonrakı axarı haqqında daha ətraflı məlumat verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
- Türkiyə hardan gəldi ağlınıza?
- Türkiyə mənim üçün "Yunus Əmrə" oratoriyasindan başladı. Mən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri olarkən mədəniyyət nazirimiz Polad Bülbüloğlu idi. Türkiyədən "Yunus Əmrə" oratoriyasının hazırlanması layihəsi gəldi. Qardaş ölkənin tanınmış dövlət sənətçisi dirijor Hikmət Şimşək bu sənət əsərini bütün türk respublikalarının səhnəsində ifa etməyə qərar vermişdi. Polad bəy məni çağırıb bununla bağlı tapşırıq verdi. Biz Azərbaycan Simfonik Orkestri və Xor Kapellasıyla birgə bu əsəri tamaşaçı qarşısına cıxarmalıydıq. Oratoriya Türkiyənin ilk dövlət sənətçisi, tanınmış bəstəkar Ahmet Adnan Saygunun əsəridir. Hikmet Şimşek özü gəlib son dəfə baxacaq və səhnəyə çıxacaqdıq. O, bu əsəri dünyada populyarlaşdırmış, Vatikana qədər aparmışdı.
Bu günkü kimi xatırlayıram - Hikmət bəy kapella sinfinə daxil oldu və özünəməxsus tonla - "yavrucum, sen başla, ben izleyeceyim” -deyib oturdu. Dirijorluq etməyə başladım. Adətən biz xoru hazırlayırıq və orkestr dirijoru alır və davam edir. Amma 5, 10, 15 dəqiqə davam etdim, amma Hikmət bəy məni dayandırmırdı. Düz 1 saat 30 dəqiqə sürən oratoriyanı bitirdik. 70 nəfərlik kapella, iki pianoçuyla son akkordu səsləndirib bitirdikdən sonra Hikmət Şimşək göz yaşları içində yerindən sıçradı. Gəlib məni qucaqlayaraq "Mən bu əsəri Vatikana qədər apardım, amma belə gözəl ifa görmədim”- dedi. Avropada bu oratoriya bir neçə dildə ifa olunub. Biz isə ilk dəfə orijinaldan - turkcə ifa edirdik və bu onu daha çox təsirləndirmişdi.
Bundan sonra biz türk respublikalarının şəhərlərinə qastrola çıxdıq. Türkiyə mədəniyyət nazirliyi 200 nəfərlik orkestr və xor üçün xüsusi təyyarə də ayırmışdı. Orta Asiya türk respublikalarının hamısında oratoriyanı səsləndirdik. Ağlasığmaz dərəcədə uğurlu layihə alındı.
- Bəs Türkiyəyə gəlişiniz necə oldu?
- Gəlişim bir ayrı hekayə (gülür). Bu mədəniyyət səyahəti bitincə Bakıya gəldik və Hikmət Şimşəklə vidalaşarkən o belə bir ifadə işlətdi: "Arkadaşlar, mən çox məmnunam, mükəmməl. Belə bir layihə olmamışdı. O qədər razıyam ki, fövqəladə dərəcədə gözəl keçdi. Hər şey gözəl keçdi, amma bir təəssüfümü söyləmək istəyirəm - siz şefinizi itirdiniz”. Bütün xor içini çəkdi. Onun nə demək istədiyini anlamaq üçün maraqla baxdım, sonra xordakı uşaqlara tərəf dönüb Hikmət bəyin zarafat etdiyini dedim. O, "Hayır, ben espiri (zarafat – müəl.) yapan insan degilim” deyib fikrini tamamladı: "Nasıl mı kaybettiniz? Şefinizi Türkiyeye götürüyorum”.
Təəccüb içindəydim, çünki Türkiyəə getmək, orada çalışmaq ağlımdan belə keçməmişdi. Ağzımı açmağa imkan verməyən Hikmət bəy "Xeyr, gələcəksən, bizim TRT xoruna şef lazımdır və Türkiyənin belə bir mütəxəssisə ehtiyacı var” - dedi.
Hikmət bəy türklər demiş, cox xarizmatik, təsiredici, eyni zamanda inadkar bir şəxs idi. O, getdi və bizim Mədəniyyət Nazirliyini faks "atəşi"nə tutmağa başladı. Bir gün Polad Bülbüloglu məni çağırıb dedi ki, harasa getməyi ağlıma gətirməyim. Onsuz da bir yerə getməyə hazırlaşmırdım və bunu cənab nazirin diqqətinə çatdırdım. Bədii rəhbər idim, öhdəmdə böyük bir kollektiv vardı, qastrollara gedirdik, konsertlər verirdik. Polad bəy "Hikmət Şimşək məni faks atəşinə tutub” dedi və əlavə etdi ki, onun təkliflərinə rədd cavabı verilib. Deyəsən, mənimlə bağlı Türkiyəyə 3, yaxud 4 rədd cavabı verilmişdi. Amma inadcıl adam olduğundan Hikmət Şimşək fikrindən dönmürdü, məni Türkiyəyə aparmaqda qərarlıydı.
- Bəs bizim mədəniyyət nazirliyini necə razı sala bildi?
- Həmin ərəfələrdə Polad bəy Türkiyədə olarkən onunla görüşən Hikmət bəy mənim təməlli deyil, iki aylığına bura göndərilməyimi xahiş edir. Söhbət əsnasında Türkiyənin o zamankı mədəniyyət naziri Fikri Saglar da orada imiş. Hikmət bəy "kardeşim, ben de senden ömür boyunca istemiyorum ki, iki aylık istiyorum” deyir. Bildirir ki, gəlib 2 ay "workshop" keçirsin və iş bitdikdən sonra vətənə dönsün. Türk mədəniyyət naziri də Hikmət bəyin sözünə qüvvət verərək "Polad bey, iki aylık bir dönem için yardımcı olunuz, lütfen” deyir. Beləliklə, iki mədəniyyət naziri mənim 2 aylığına Türkiyədə işləməyim üçün anlaşırlar.
Türklərin məni geri göndərməyəcəyindən narahat olan Polad bəy məni yanına çağırır və "bax haa, orda qalmaq yox” - xəbərdarlığını da etdi. Həmin ərəfədə yeni ailə qurmuşdum. Həyat yoldaşım Tərlanla Türkiyəyə gəldik. Bu gün kimi xatırlayıram, 1992- ci ilin yanvar ayı idi. Aeroportda Hikmət Şimşək özü bizi qarşıladı, çox sevincli idi. Beləcə, mən iki aylığına Türkiyəyə gəldim... amma gördüyünüz kimi, 22 ildir burdayam.

- Gəldiniz, bəs nə baş verdi ki, bu qədər qaldınız?
- Qismətə çox inanıram. Bura gələndə dediyim kimi, təzə ailə qurmuşdum və həyat yoldaşım Tərlan da skripkaçı idi. Ona burada operada iş verdilər. O, möhtəşəm skripkaçı idi və türklər üçün onun burada işləməsi yaxşı fürsət idi. Burada qaldığımız ilk 2 ay ərzində hamilə olduğum bəlli oldu. Həkimlər heç bir halda yola çıxmağa razılıq vermədilər və əslində hər şey də ondan başladı, həkimlərin xəbərdarlığına qulaq asdım, bizim nazirliklə əlaqə saxlayıb vəziyyəti onlara başa saldım. Uşaq dünyaya gəldi və ...
Zamanı yaxalamaq çətindir, bir baxdım ki illərdir burdayam.
- İş həyatına harda başladınız Türkiyədə?
- Hikmət bəy məni xormeystr olaraq istəmişdi. TRT çoxsəsli xoru 1970-ci ildə Hikmət Şimşək və Muammer Sunun təşəbbüsü ilə qurulmuş ilk peşəkar xordur. Gələndən bəri bu xorun dirijoruyam. Mənə qədər xorun dirijorluğunu alman, çex həmkarlarım edib. Onlar zamanla geri dönüblər. Məndən əvvəl bu xor 6 ay dirijorsuz qalmışdı. Hikmət Şimşək mənim Türkiyəyə gəlməyim və bu xorun dirijoru olmağım üçün bütün imkanlardan istifadə etmişdi. Amma Türkiyə Mədəniyyət Nazirliyi ilə də həmişə çox yaxşı münasibətlərimiz olub, operadan dəvət ediləndə və ya başqa tədbirlərdə məmnuniyyətlə iştirak edirəm.
- Türkiyədə bu sahə üzrə mütəxəssis yetiştirən fakültə yoxdurmu?
- Təəssüf ki, yox. Türkiyədə peşəkar dirijor yetişdirilmir.
- Elnarə xanım, bunun səbəbi nədir? Bu peşəni seçən yoxdur, yoxsa fakültə açılmayıb, müəllim tapılmır?
- Bölüm də yoxdur, yetişdirəcək kadr da. Bir vaxtlar konservatoriyada işləyəndə onlara bununla bağlı təklif etdim, hətta Moskva Konservatoriyasının metodikasını da gətirdim. Amma...
- Amma siz bir gün vətənə dönməyə qərar verə bilərsiz. Niyə həmin gün üçün hazır olmaq istəmirlər?
- Doğrudur. Bilmirəm niyə onlara çətin gəlir bu iş. Təəssüf ki, nə orkestr dirijoru bölməsi, nə də xor dirijoru bölməsi var. Oxuyanlar var, öz təşəbbüsləriylə gedib özəl dərs alırlar. Amma ayrıca bölmə yoxdur. Bir dəfə Bilkənt Universitetində bölüm açdılar, o da bağlandı. Bilmirəm niyə, onlara metodika ağır gəlir. İstəyirdilər ki, mən bu bölməni təkbaşıma idarə edim. Amma bu, bir nəfərin apara biləcəyi iş deyil.
- İndiki nəsil üçün Türkiyədə ünsiyyət qurmaq daha asandır. Türk televiziya kanallarına baxılır, kitablar oxunur. Amma sizin zamanınızda bunlar yox idi. Rusdilli biri olaraq ilk zamanlar yəqin ki, xeyli çətinlikləriniz olub...
- Əlbəttə, çətin, hətta bir az da məzəli məqamlar çox olub. Sözsüz ki, bura gəldiyim ilk aylarda türk iş yoldaşlarımla öz dilimizdə - azərbaycanca danışırdım. Türk dilini bilmirdim. Məsələn, işə gələndə deyirdim: "Salam, necəsiniz? Siz oxuyun, mən sizə qulaq asım". Xordakı bütün uşaqlar mənim "qulaq asım” sözümə pıqqıldayıb gülürdülər. Ya da deyirdim: "Əziz dostlar, indi qabaqdan başlayaq". yenə də gülürdülər. Sonradan anladım ki, bizim "balqabağımız" burda "kabak”dır. Əslində zaman-zaman öyrəndim ki, bizim Azərbaycan şivəsi onlara fərqli gəldiyi üçün sevirdilər. Əslində bir növ əylənirdilər. Güləndə səssiz gülürdülər ki, xətrimə dəyməsin. Öz-özümə qərar verdim ki, türk şivəsini öyrənim. Çətinliklə tapa bildiyim türkcə-rusca lüğətdən türkcəmi bir ay yarım içərisində xeyli düzəltdim. Ay yarım sonra xor qarşısına çıxıb ilk dəfə "Mərhaba arkadaşlar, nasılsınız” deyərək başladım danışmaga. Xorda bir səssizlik oldu və bir an sonra "yaxşıyız” dedilər bir agizdan . Amma "hocam, bozmasaydınız yaa, amma çok şirindi” deyərək bizim şivəni nə qədər sevdiklərini də bildirdilər.
- Siz Türkiyəyə gəlib birbaşa mədəniyyət sahəsinə daxil oldunuz. Türklər bizimlə bağlı nə bilirdilər? Kimləri tanıyırdılar?
- Təəssüf ki, çox az şey bilirdilər. Musiqimizi, böyük bəstəkarlarımızı, ifaçılarımızı çox az tanıyırdılar. Bunun əsas səbəbkarı sovetlərin dünya ilə öz arasına çəkdiyi dəmir pərdə olmuşdu. Yəni bu durum nə bizlik idi, nə də onlarlıq. Maestro Niyazini tanıyırdılar. O, hələ sovet vaxtında İstanbul operasında işləmiş və bizim bəstəkarların əsərlərini də burada səhnəyə qoymuşdu. Zeynəb Xanlarovanı sevirdilər. O, bura tez-tez gələn sənətkarlarımızdan biri olub. Müslüm Maqomayevi demək olar ki, tanımırdılar. Rəşid Behbudovu da daha çox musiqiçilər, sənət adamları bilirdi. Bizim Rauf Abdullayev Ankara Dövlət Operasına gələndən sonra bəstəkarlarımızı tanımağa başladılar. Sonra Bilkənt orkestri qurulanda bizim skripkaçı, rəhmətlik professor Sərvər Qəniyev və başqa musiqiçilərimiz gəldi. Çox gələn oldu və Fikrət Əmirovdan, Qara Qarayevdən çalmağa başladılar. Amma bunlar çox sonradan oldu.
- Azərbaycanda və Türkiyədə mədəniyyətə münasibəti necə müqayisə edərdiniz?
- Danmaq olmaz ki, sovetlər dönəmində təhsil və mədəniyyətə münasibət çox daha yüksək idi. Bu gün burada bizim xidmət edə bilməyimiz, eyni zamanda, mədəniyyətimizi təmsil etməyimiz sovet dönəmində aldığımiz təhsillə bağlıdır. Bizə verilən imkanlar Türkiyədə olsaydı, onlar bəlkə daha uzağa gedərdilər. Çünki çox çalışqan və istedadlıdırlar. Türkiyənin böyük potensialı var. İmkanlar nə qədər məhdud olsa da, onlar burda özlərini yetişdirirlər, Avropaya gedib təhsil alırlar.
- Deyəsən, burda özəl bir xor kollektivinə də dirijorluq edirsiniz...
- Doğrudur. Türkəyəyə gəldiyimdən bəri fərqli peşə sahibləri olan qeyri-professional ifaçılardan ibarət "Orfeon Xoru" ilə təmənnasız işləyirəm. Onlar da bu işi, bir növ, hobbi kimi görürlər. "Orfeon"la dünyanın bir çox ölkəsində xor olimpiada və festivallarında iştirak etmişik. Kanadada, İngiltərədə birinci olmuşuq. Bunlar dünyanın fərqli ölkələrindən on səkkiz min iştirakçının qatildığı tədbirlərdir. Təbii ki, bir azərbaycanlı olaraq Türkəyə bayrağını qaldırmaq qürurvericidir. Avstriyadan 4 gümüş medalla dönmüşük. Bu tədbirlərdə hər dəfə "Dirijorunuz hardandır?- soruşurlar və Azərbaycandan olduğumu dilə gətirməyimin sevinci bir başqa şeydir. Mən Türkiyənin xidmətindəyəm, amma Azərbaycanı təmsil edirəm. Bəlkə elə buna görədir ki, burada yaşayıb işləsəm də Azərbaycanda mənim əməyimə qiymət verilib - əməkdar artist adına layiq görüblər.
- Yəqin "Orfeon" xorundan ilham alaraq Azərbaycanda "Buta” quruldu? Bildiyim qədər o da özəl xordur.
- Belə demək mümkündür. Mədəniyyət nazirimiz Əbülfəz Qarayev "Orfeon"u görəndə "niyə bizdə belə bir xor yoxdur” - dedi. Mən də üç il əvvəl Bakıda 600 nəfəri dinləyib aralarından otuz nəfər seçdim və "Buta” kamera xorunu qurduq. 3 il ərzində disk çıxarmışıq, İtalyada olmuşuq. Azərbaycanda bir neçə festivalda çıxış etmişik. Amma üzücü məqamlar da var. "Orfeon" professional olmayan və fərqli peşə sahiblərinin öz təşəbbüslərinə dayanaraq professionallaşıb. Onlara dövlətin heç bir dəstəyi yoxdur. Hətta İstanbulda yaşayan bir xor üzvümüz var ki, öz pulu ilə hər həftə Ankaraya gəlib məşqlərdə iştirak edir. Amma "Buta"nın üzvlərindən bir neçəsi fərqli işdə çalışır, onların isə belə imkani yoxdur. Əsas o fikri vurğulamaq istəyirəm ki, iki xor kollektivi fərqli iqtisadi imkanlara malikdir və bizimkilərin vəziyyəti o qədər də ürəkaçan deyil.
- Azərbaycandan Türkiyəyə gələn mədəni, intellektual axın bura üçün yaxşı hal olsa da, bizim mədəniyyətin kasadlaşması deyilmi?
- Əlbəttə, bu, Azərbaycan üçün mənfi haldır. Bir çox incəsənət xadimi ölkədən getdi. Təkcə Türkiyəyə deyil, Avropaya və digər ölkələrə. Sovetlərin dağılması, yenidənqurma, xaos, qeyri-müəyyənlik ... Bilirsinizmi, musiqi və mədəniyyət sahəsi elə bir sahədir ki, bu sahənin insanı yaratmalıdır. Yaradıcılıq olmasa, bu insanlar məhv olar. İndi onları geri qaytarmaq üçün iş aparılır.
- Siz dönməyi düşünürsünüzmü?
- Bilmirəm. Hər şey vəziyyətdən asılıdır.
- Siz həyat yoldaşınız Tərlan bəylə əl-ələ verib bura gəldiniz. Həyat elə gətirdi ki, ömür bura qədərdir deyib bir il əvvəl o, sizi burada təkbaşına qoyub dünyadan köçdü. Çətindir... vəziyyətə bağlı bəlkə dönərəm də deyirsiz, amma həyat yoldaşınızın məzarı da buradadır...
- Bu, çox ağrılı məsələdir (bir az susur). Mən Tərlandan sadəcə həyat yoldaşı kimi deyil, istedadlı musiqiçi kimi danışmaq istərdim. Bakıda Nazim Rzayevin rəhbərlik etdiyi kamera orkestrində işləyib. Burada da opera orkestrində çalışıb. Təəssüf ki, aramızdan çox erkən ayrıldı – 58 yaşında. Xəstəlik amansızdır. Amma "Cafe de Beyoğlu” adında dörd disk çıxarmağa ömrü çatdı. Bu ondan xatirə olaraq qaldı. Burada kamera orkestri qurdu. Aranjırovkaları var. Onu burada dəfn etmək üçün bir çox musiqiçi dostları rica etdi – "Onu burada dəfn edin” – dedilər ,"ziyarətinə gedə bilək”. Yoxsa tərəddüd edirdim. O, əslən Gədəbəylidir, atasi akademik Qəzənfər Quliyev tanınmış adamdir. Amma onu burada saxladıq... Qismət (gözləri uzaqlara dikilir)...
Şəhla Əbusəttar Yaman
ANN.Az
Ankara

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 