• $
  • €
  • ₽
  • ₺
  • £

Məhv edilən tarixi kitabxanalar - FAKTLAR

Məhv edilən tarixi kitabxanalar - FAKTLAR
27.02.2015 20:21
Tarix boyu sayı-hesabı bilinməyən elm və mədəniyyət mərkəzi, bir çox kitabxanalar və arxivlər sırf ideoloji fərqlər, həm də cahillik səbəbilə məhv edilib. Hərdən belə fikirlər səslənir ki, əgər o dəyərli kitabxanalar, arxivlər məhv edilməsəydi, o zaman bugün elm və texnologiyada nə qədər inkişaf ola bilərdi və dünya hansı səviyyədə durmuş ola bilərdi.

Bu günlərdə İŞİD Mosuldakı Tarix Muzeyini tamamilə məhv edib, qiymətli eksponatları darmadağın olmasına səbəb olub. Bu da bir vəhşilik, bu da bir vandalizm. Amma tarix boyu bundan da daha qiymətli dəlillər məhv edilib.

ANN.Az məhv olmuş kitabxanalardan ən məşhurları haqqında qısa məlumatı oxucuların diqqətinə təqdim edir:



Bizim eradan əvvəl 48-ci il - İsgəndəriyyə Kitabxanası
 
 
 

Dünyanın ən böyük kitabxanalarından biri hesab olunan İsgəndəriyyə Kitabxanasının məhv edilməsi addım-addım həyata keçirilib. Kitabxana fərqli təhdidlərlə qarşı-qarşıya qalıb. Kitabxananın ilk dəfə b.e.ə. 48-ci ildə dövlətdaxili mübarizə nəticəsində yandırıldığı deyilir. Amma tarixi faktlar göstərir ki, bundan sonra həmin kitabxana yenə də istifadə olunmaqda davam edib. Kitabxana ən böyük zərbəni bizim eranın 4-cü yüzilliyində alıb. Həmin illərdə kitabxana xristianların, 6-cı əsrdə isə Misirin işğalı zamanı müsəlmanların hücumuna məruz qalıb və tamamilə məhv edilib.


1193-cü il - Nalan Buddist Məktəbi
 
 
 

Hindistanın şimal-şərqində 5-ci əsrdə qurulan Nalanda yaradılan Buddist məktəbi həm öz kitabxanası, həm də hər kəsə qapıları açıq olan mədəniyyət mərkəzi funksiyasını yerinə yetirib. 1193-cü ildə türk əsilli Bəxtiyar Halacinin rəhbərlik etdiyi dəstə bura hücum edib və mərkəz tamamilə məhv edilib. Elm adamları diri-diri yandırılıb, kitablara, qiymətli əlyazmalara od vurulub. Tarixi mənbələrdə qeyd olunur ki, mərkəz üzərindən aylarla duman çəkilməyib.

Hesab olunur ki, bu hücumdan sonra Hindistan kimya, anatomi, matematik, astronomiya kimi elm sahələri bütün qaynaqlarını itirərək qaranlıq çağına qədəm qoyub və hardasa Hindistan Buddist mədəniyyəti tamamilə məhv edilib.


1204-cü il - Konstantinapol İmperatorluq Kitabxanası
 
 
 
 
Dünyanın ən böyük Antik Yunan və Roma əsərlərinin kopyalarının saxlanıldığı Konstantinapol (indiki İstanbul- red.) Kitabxanası müxtəlif illərdə və cürbəcür yanğın, zəlzələlərə məruz qalıb, amma 1204-cü ildə şəhəri işğal edən xaçlılara məğlub olur. Əsərlərdən bəziləri istifadə olunur, amma 1453-cü ildə osmanlıların şəhəri ələ keçirməsiylə artıq kitabxana tamamilə öz anlamını itirir və tarixə qovuşur.

Hazırladı Nuray
ANN.Az



Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Dünya 08:51
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Dünya 19:31
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol