Tramp: ABŞ İranla danışıqları davam etdirir

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqları davam etdirdiyini bildirib.
Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"İranla işlərimiz çox yaxşı gedir. İranla danışmışıq və danışmağa davam edirik", - deyə ABŞ Prezidenti bildirib.
Tramp Vaşinqtonun Tehranla əlaqə saxladığını bir daha vurğulayıb, lakin danışıqların məzmunu barədə məlumat verməyib.
ABŞ Prezidenti həmçinin Vaşinqtonun gördüyü tədbirlər nəticəsində Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu iddia edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 22:30
Bolqarıstan qırıcıları partlayış təhlükəsi ilə əlaqədar iki sərnişin təyyarəsini müşayiət edib























