Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb

ABŞ Məxfi Xidmətinin əməkdaşları ölkədə qanunsuz yaşayan və Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Hadisə noyabrın 5-də axşam saatlarında baş verib. Şübhəli şəxs Konstitusiya prospektində avtomobildə olarkən Məxfi Xidmətin əməkdaşları onun davranışına diqqət yetiriblər.
Agentlər avtomobilə yaxınlaşdıqda kişi beynindəki səslərin ona Vaşinqtona gedərək ABŞ Prezidentini öldürməyi əmr etdiyini bildirib.
Avtomobildə aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah və sursat aşkar ediblər.
























