Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb

Paraqvay Konqresinin Senatı “Ueno Bank” ətrafında yaranmış qalmaqal fonunda Prezident Santyaqo Penyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı impiçment proseduru çərçivəsində qərar qəbul edib.Bu barədə “Associated Press” xəbər verir.
Qərar Senatın iclasının yekunlarına əsasən qəbul olunub.
Prezidentin vəzifə borclarını düzgün yerinə yetirməməsində təqsirli bilinməsinin lehinə 44 senator səs verib, bir senator isə iclasda iştirak etməyib.
“44 nəfərin səs verməsi ilə ittiham hökmü çıxarılıb, bir senator iştirak etməyib. Səsvermənin nəticələrinə əsasən, Santyaqo Penya Palasios vəzifəsini düzgün yerinə yetirmədiyinə görə təqsirkar hesab olunur və nəticədə qanuna əsasən Paraqvay Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılır”, - deyə Senatın sədri Basilio Nunyez bildirib.
O, həmçinin dövlətə rəhbərlik edəcək vitse-prezident Pedro Alyananın and içməsi üçün Konqresin hər iki palatasının növbədənkənar birgə iclasını çağırıb.
Siyasi böhrana Paraqvay Mərkəzi Bankının müdaxiləsindən sonra təxminən 3 milyon müştərinin hesablarına çıxışını itirdiyi “Ueno Bank” ətrafında yaranan qalmaqal səbəb olub. Bundan əvvəl Penya istefa verib, lakin parlament impiçment prosedurunu davam etdirib.
























