• $
  • £

Əsgəri güllələyən çavuş həbs edildi - Azərbaycanda

Əsgəri güllələyən çavuş həbs edildi - Azərbaycanda
11.03.2015 20:15
Azərbaycanda əsgəri avtomat silahdan atəş açaraq qətlə yetirən çavuş həbs edilib.  

 Hərbi Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə 7 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi müəyyən edilib.   

Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.   Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Qaynari.nfo 03:50
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Azərbaycan Ordusu 3 şəhid verib
Qaynari.nfo 19:43
Azərbaycan Ordusu 3 şəhid verib
​Avropa Parlamenti qondarma
Qaynari.nfo 10:13
​Avropa Parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi
Söyün Sadıxov
Qaynari.nfo 10:16
Söyün Sadıxov "Azərros"un yeni prezidenti seçilib
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 12:55
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 19:58
"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanladı
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
Qaynari.nfo 13:58
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Qaynari.nfo 09:00
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Azərbaycanlılar aksiya keçirdi
Qaynari.nfo 12:38
Azərbaycanlılar aksiya keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol