• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” növbəti transferlərini açıqlayıb

“Qarabağ” növbəti transferlərini açıqlayıb
27.08.2026 22:56

“Qarabağ” klubu iki yeni futbolçunun transferini rəsmiləşdirib.Bu barədə klubdan məlumat verilib.

Ağdam təmsilçisi nigeriyalı hücumçu Taofik İsmahil və almaniyalı vinger Reda Xadranı heyətinə qatıb.

İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 19 nömrəli formanı geyinəcək.

Karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad” və “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında çıxış edən İsmahil 2024-cü ildən “Qurnik”in formasını geyinirdi.

Xadra isə Fransanın “Reyms” klubundan transfer olunub. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 10 nömrəli forma ilə çıxış edəcək.

Dortmund “Borussiya”sının yetirməsi olan Xadra daha əvvəl İngiltərənin “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və Fransanın “Havr” klublarında oynayıb. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.

***

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib.Bu barədə klubdan məlumat verilib.

Ağdam təmsilçisi Polşanın “Qurnik” (Zabje) klubundan Taofik İsmahili heyətinə qatıb.

26 yaşlı nigeriyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. İsmahil “Qarabağ”da 19 nömrəli formanı geyinəcək.

Karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad” və “Valerenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren”, Polşanın “Lex” və “Qurnik” klublarında çıxış edən futbolçu 2024-cü ildən Polşa təmsilçisinin formasını geyinirdi.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol