• $
  • £

Azərbaycanda Günəş tutulması baş verəcək

Azərbaycanda Günəş tutulması baş verəcək
16.03.2015 14:26
2015-ci ilin ilk tam Günəş tutulması  martın 20-si Novruz bayramında baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Novruz bayramına təsadüf edəcək tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.
 
X.Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatacaq: 

"Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir".
 
X.Mikayılov deyib ki, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.
 
Qeyd edək ki,  bu il iki Günəş və iki Ay tutulması baş verəcək. İlk Ay tutulması aprelin 4-də, növbəti Ay tutulması sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, növbəti Günəş tutulması isə sentyabrın 13-də qeydə alınacaq.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirlik “Baku Electronics”ə qarşı iş qaldırdı
Qaynari.nfo 02:23
Nazirlik “Baku Electronics”ə qarşı iş qaldırdı
Rəsul Cəfərova 9 il həbs istənildi
Qaynari.nfo 02:22
Rəsul Cəfərova 9 il həbs istənildi
Azərbaycanda qeyri-adi traktor - FOTO
Qaynari.nfo 22:51
Azərbaycanda qeyri-adi traktor - FOTO
Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
Qaynari.nfo 21:34
Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetiridi
12:27
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetiridi
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Qaynari.nfo 20:13
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Ən hündür azərbaycanlı – FOTO
Qaynari.nfo 12:48
Ən hündür azərbaycanlı – FOTO
İtkin düşən balıqçılardan SON XƏBƏR
Qaynari.nfo 10:07
İtkin düşən balıqçılardan SON XƏBƏR
Qaynari.nfo 20:46
"İdman Azərbaycan" telekanalının baş direktoru işdən çıxarıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol