• $
  • £

Hamlet İsaxanlıdan açıqlama: Döyülən mənim qızım deyil, Katyadı

Hamlet İsaxanlıdan açıqlama: Döyülən mənim qızım deyil, Katyadı
18.03.2015 11:26
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qızı Ülkər İsayeva ilə bağlı baş verən insidentlə əlaqədar açıqlama yayıb.

APA-ya daxil olan açıqlamada bildirlir ki, martın 17-də mən xaricdə olarkən səhərə yaxın bir müxbir ona zəng edərək, "qızınızı maşında döyüblər və deyəsən öldürüblər” deyib: "Mənim vəziyyətimi təsəvvür edə bilərsiniz. Evlə əlaqə yaratdım, xəbərin yalan olduğu ortaya çıxdı. Sonra ikinci müxbir zəng etdi və mən ona bir qədər əsəbi cavab verdim (nə dediyim yadımda deyil).
 
Əslində nə baş verdiyini təfsilatı ilə bilməyinizi istəyirəm: Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd edirlər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu maşından düşürürlər. Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur. Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək "kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur” deyir. Qızımın günahı da məhz budur. Sonra həmin video görüntülər məhkəmə işçisi, mümkündür ki, müstəntiq tərəfindən mətbuata ötürülür, internetə qoyulur, bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır”.
 
H. İsaxanlı açıqlamasının sonunda prokurorluqdan bu video görüntüləri internetə yerləşdirəni müəyyənləşdirib uyğun tədbir görməsini istəyib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məqsəd Nur: “Bu barədə danışmaq ağırdır”
Qaynari.nfo 08:15
Məqsəd Nur: “Bu barədə danışmaq ağırdır”
21:46
"Azərbaycanlı qadınların ən böyük problemi budur!" - Psixoloq
Sabah Azərbaycanda yay vaxtına keçiləcək
Qaynari.nfo 18:35
Sabah Azərbaycanda yay vaxtına keçiləcək
Bakıda qadınları niyə küçənin ortasında döyürlər? - AÇIQLAMA
14:44
Bakıda qadınları niyə küçənin ortasında döyürlər? - AÇIQLAMA
Bakıda növbəti dollar panikası
Qaynari.nfo 20:15
Bakıda növbəti dollar panikası
Neft Akademiyasında ciddi maliyyə nöqsanları,13 nəfər cəzalandırıldı
Qaynari.nfo 18:04
Neft Akademiyasında ciddi maliyyə nöqsanları,13 nəfər cəzalandırıldı
Azərbaycanlı alimin nəzəriyyəsi Facebook-da yeni eraya qədəm qoyur
Qaynari.nfo 13:34
Azərbaycanlı alimin nəzəriyyəsi Facebook-da yeni eraya qədəm qoyur
Azərbaycan yay vaxtına keçdi
Qaynari.nfo 10:09
Azərbaycan yay vaxtına keçdi
Bakının mərkəzində avtomobil belə yandı – VİDEO
11:17
Bakının mərkəzində avtomobil belə yandı – VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol