• $
  • £

Dünya şöhrətli müğənnilər Bakıya gələcək

Dünya şöhrətli müğənnilər Bakıya gələcək
31.03.2015 18:35
Bakıda baş tutacaq ilk Avropa Oyunlarının açılış mərasiminin bədii hissəsində dünyaca məşhur ulduzların iştirakı nəzərdə tutulub. 

Bunu ANS-ə açıqlamasında Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib. 

O bildirdi ki, bu proses əvvəldən gedir, amma hansı müğənnilərin iştirak edəcəyini indidən dəqiq demək mümkün deyil. Çünki, hər bir müğənninin öz vaxt cədvəli var, hansı ki, bu cədvəl iki il əvvəlcədən təsdiqlənir. 

Elçin Səfərov bir daha qeyd etdi ki, dünya estrada müğənnilərinin Bakıya gəlməsi danışıqların nəticələrindən və onların vaxt cədvəllərindən asılıdır.

Bakı 2015 Avropa Oyunları, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq. 

Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü olacaq. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil edəcəklər. 

İdman növlərinin 12-i 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir. 

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hollivud ulduzu: Osmanlı nəvəsiyəm
Qaynari.nfo 08:12
Hollivud ulduzu: Osmanlı nəvəsiyəm
Türkiyəli jurnalist Elnur Hüseynovu təhqir etdi
Qaynari.nfo 07:33
Türkiyəli jurnalist Elnur Hüseynovu təhqir etdi
“Mən bu ölkədə ən çox söyülən adamam” – Seymur Baycanla müsahibə
Qaynari.nfo 07:05
“Mən bu ölkədə ən çox söyülən adamam” – Seymur Baycanla müsahibə
Azərbaycanlı qardaşların “O səs Türkiyə”də qələbəsi - VİDEO
Qaynari.nfo 06:45
Azərbaycanlı qardaşların “O səs Türkiyə”də qələbəsi - VİDEO
26 dəfə evlənən Demis Russosun son müsahibəsi  - VİDEO
Qaynari.nfo 06:44
26 dəfə evlənən Demis Russosun son müsahibəsi - VİDEO
Elnur Hüseynovdan daha bir möhtəşəm çıxış - VİDEO
Qaynari.nfo 06:37
Elnur Hüseynovdan daha bir möhtəşəm çıxış - VİDEO
Acından ölən yazıçı və Bakı milyonçuları
Qaynari.nfo 04:59
Acından ölən yazıçı və Bakı milyonçuları
Tahir İmanov: Erməni truppasının Bakı konsertini ləğv etmək lazımdır
Qaynari.nfo 12:03
Tahir İmanov: Erməni truppasının Bakı konsertini ləğv etmək lazımdır
Azərbaycanlı bəstəkar vəfat etdi
Qaynari.nfo 15:10
Azərbaycanlı bəstəkar vəfat etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol