• $
  • £

Güləşçilərimiz dünya reytinqində - SİYAHI

Güləşçilərimiz dünya reytinqində - SİYAHI
28.05.2020 20:57
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçilərindən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə, ötən ay yarışlara 65 kq çəkidə qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kq çəkidə 2-ci yerdə olan Hacı Əliyev, 65 kq-da 12-ci sırada qərarlaşıb.

Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifovun (97 kq) da adı var.

57 kq
15. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (13)

65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (6)
12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (2@61)

70 kq
12. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)

74 kq
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (10)

86 kq
12. Həmzət Osmanov - DÇ 5-ci yer (8)
19. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (nr)

97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
5. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (6)
20. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (nr)

125 kq
11. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)

Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol