• $
  • £

“Sumqayıt camaatı”nın “əmir”inin qardaşı həbs edildi

“Sumqayıt camaatı”nın “əmir”inin qardaşı həbs edildi
06.04.2015 10:43
Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib.

 APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
 
Qəzetdə Suriyada Bəşər Əsəd əleyhinə vuruşan silahlıların maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları barədə dərc olunan yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin yerli sakini, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başladığı qeyd olunub.
 
İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund əş-Şam" ("Böyük Suriyanın döyüşçüləri”) terrorçu qruplaşmasına göndərib.
 
Qeyd edək ki, Lipetsk vilayəti Prokurorluğu Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi bu ilin fevralın 27-də beynəlxalq terrorçu təşkilata yardım edən şəxsin zərərsizləşdirildiyi barədə məlumat yaymışdı. Həmin vaxt prokurorluğun mətbuat xidməti FTX müstəntiqlərinin Rusiya vətəndaşına qarşı RF Cinayət Məcəlləsinin 1.205.1-ci (terrorçuların maliyyələşdirilməsi) maddəsi ilə cinayət işi başlandığını elan etmişdi. İstintaq sirri olduğundan FTX və prokurorluq cinayət məsuliyyətinə cəlb olunan şəxsin kimliyini açıqlamamışdı.
 
Məlum olub ki, terrorçulara yardım edən şəxs Rusiya vətəndaşı Qaçay Hacıyevdir. Qohumlarının sözlərinə görə, hüquq-mühafizə orqanlarının Q. Hacıyevi saxlaması gözlənilməz olub. Qaçay Hacıyev fevralın 26-da işdən evə avtomobillə qayıdarkən FTX əməliyyatçıları tərəfindən saxlanılıb. Daha sonra əməliyyatçılar onu evinə gətiriblər. Hacıyev saxlanılandan 10 gün sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. Onun hazırda Lipetskdə yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı bildirilib. Hacıyevin ailəsi isə qohumları tərəfindən Sankt-Peterburqa aparılıb.
 
Qaçay Hacıyevin birinci həyat yoldaşı Viktoriya Babkina keçmiş ərinin terrorçuları maliyyələşdirdiyi barədə məlumatın doğru olmadığını bildirib: "Qaçay heç də böyük iş adamı deyil. O, anbardan maşınla meyvə alıb, bazarda həmin meyvəni satırdı. İstintaq iddia edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə Suriyadakı terrorçulara göndərilib. Əslində Qaçay Suriyada yaşayan qardaşına və onun ailəsinə kömək edirdi. Suriyada Qaçayın qardaşından başqa Suğra adlı bacısı da yaşayır. Suğranın azərbaycanlı əri həlak olub. Qaçay ona da kömək edirdi. O, təkcə Suriyaya deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi".
 
Viktoriya Babkinanın sözlərinə görə, Qaçayın qardaşı Aqil bir il əvvəl Suriyada itkin düşüb: "Aqil ailəsi ilə birlikdə Suriyada döyüşlərin getdiyi yerdə yaşayırdı. Qaçay qardaşı Aqil haqqında danışarkən onun inanclı bir insan olduğunu, dörd uşağından başqa, Suriyada olan ikinci evliliyindən olan iki uşağına baxdığını söyləyirdi".
 
Qeyd edək ki, APA keçən ilin aprelində "Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan "Sumqayıt camaatı”nın əmiri, "Talış Aqil” ləqəbli Aqil Hacıyevin əsir düşdüyü barədə məlumat yaymışdı. Məlumatda Aqil Hacıyevin "Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı qeyd olunmuşdu. Onun aqibəti məlum deyil.
 
Onu da qeyd edək ki, Hacıyev qardaşları Lənkəran rayonunun Boladi kəndində doğulublar. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda məhbus öldü
Qaynari.nfo 10:58
Azərbaycanda məhbus öldü
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Qaynari.nfo 08:53
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Qaynari.nfo 06:38
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Qaynari.nfo 06:37
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Azərbaycan elminə itki üz verib
Qaynari.nfo 04:34
Azərbaycan elminə itki üz verib
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Qaynari.nfo 03:38
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Qaynari.nfo 02:32
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol