• $
  • £

Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnir

Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnir
28.05.2020 22:23
Aprelin 16-da Şəmkirdə Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sayca ikinci "ShamkirChess 2015” beynəlxalq superturnirin açılış mərasimi keçirilib.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan turnirdə əvvəlcə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ötən il keçirilən "ShamkirChess 2014" turnirinə həsr olunmuş videoçarx nümayiş olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayıb, dünyanın ən güclü şahmatçılarını Şəmkirdə görməkdən məmnun olduğunu qeyd edib. Onun sözlərinə görə, "ShamkirChess 2015” turnirinin "Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində keçirilməsi Azərbaycanın dünyanın idman mərkəzlərindən biri olduğunun təsdiqidir. Ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir.

Yarışın Təşkilat Komitəsinin sədri, "Synergy Group”un Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov yarışın keçiriləcəyi 10 gün müddətində Şəmkirin dünyanın diqqət mərkəzində olacağını deyib. F.Cabbarov qeyd edib ki, turnirin əsas məqsədi Vüqar Həşimovun xatirəsini yad etmək və Dövlət Proqramına əsasən şahmatın inkişafına töhfə verməkdir.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə möhtəşəm turnirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. İ.İsmayılov Vüqar Həşimovun nailiyyətlərini xatırladaraq vurğulayıb ki, 2009-cu ildə Avropa çempionatında bu şahmatçı yeddi saat davam etmiş gərgin mübarizədən sonra rəqibini məğlub edərək, Azərbaycan yığmasının qələbəsində çox mühüm rol oynayıb. Nazir müavini ölkəmizdə şahmatın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

Azərbaycanlı qrossmeysterin atası Qasım Həşimov turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakının Vüqar Həşimovun beynəlxalq aləmdəki hörmətinin göstəricisi olduğunu bildirib. Sonuncu dəfə dünya çempionu olandan sonra iyun ayınadək heç bir yarışda iştirak etməyəcəyini desə də, dəvəti qəbul edib Vüqar Həşimov memorialında iştirakına görə Maqnus Karlsenə təşəkkür edən Q.Həşimov bütün dünyada şahmatla maraqlanan hər kəsin diqqətinin Şəmkirə yönəldiyini vurğulayıb. Vüqarın heç vaxt sağlamlığını düşünməyib, həmişə Azərbaycanın idman şərəfinin yüksəklərdə tutduğunu qeyd edən qrossmeysterin atası bu yarışın ənənəvi olmasını arzu edib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov "ShamkirChess 2014” turnirindən sonra Şəmkirin bütün dünyada tanındığını deyib. FİDE prezidenti Azərbaycanda şahmata xüsusi diqqət göstərildiyini qeyd edib. K.İlümjinov vurğulayıb ki, Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, onun Sərəncamı ilə şahmatın inkişafına dair Dövlət Proqramı qəbul edilib. Azərbaycanda şahmata yüksək qiymət verilir, - deyən FİDE prezidenti yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarışın əhəmiyyətindən danışıb və püşkatma mərasiminə start verib. Püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen Vişvanatan Anand, Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov Maksim Vaşye-Lagrav, Uesli So Aniş Giri, Vladimir Kramnik Maykl Adams ilə qarşılaşacaq.

Sonda xatirə şəkli çəkdirilib və tədbir bədii hissə ilə davam etdirilib.

Yarış aprelin 26-dək davam edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol