• $
  • £

“Nabat” Braziliyaya gedir

“Nabat” Braziliyaya gedir
21.04.2015 09:00
Azərbaycan ilə Braziliya arasında mədəni əlaqələrin inkişafı, iki ölkə xalqlarının bir-birini yaxından tanıması, mədəniyyətimizin təbliği, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi məqsədilə aprelin 21-dən 27-dək Rio-de-Janeyroda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, tədbir ölkəmizin Braziliyadakı səfirliyinin müraciəti və Rio-de-Janeyro şəhər meriyasının təklifinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşacaq. Bu barədə nazirlikdən bildirilib.

Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio-de-Janeyronun 450 illiyinə təsadüf edən mədəniyyət həftəsi çərçivəsində Azərbaycan milli mətbəx nümunələrinin, ölkəmizin mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən "Azərbaycan dünən, bu gün və sabah” adlı fotosərgi açılacaq, xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın ifasında muğam, Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və "Trio Qarabağ” muğam qrupunun konsertləri, "Nabat”, "Hakim haradadır?” filmlərinin nümayişi olacaq. 

Tədbirlər Rio-de-Janeyronun "İncəsənət şəhəri”ndə ("Cidade des Artes”) - "Cafe das artes”, "Gallery”, "Teatro de Camara”, "Sala de Leitura”, "Grande Sala” kimi tanınmış sənət məkanlarında təşkil ediləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib
14:03
Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
17:00
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
İyunun ən çox satılan kitabları - Bakıda
15:49
İyunun ən çox satılan kitabları - Bakıda
Dahilər bu kitabları oxuyub - Adlar
17:12
Dahilər bu kitabları oxuyub - Adlar
Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
17:23
Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
​Pikassonun əsəri hərracda 179 milyon dollara satıldı
09:52
​Pikassonun əsəri hərracda 179 milyon dollara satıldı
Elnur 2-ci yer tutdu
11:09
Elnur 2-ci yer tutdu
Məşhur türk aktyoru vəfat etdi
14:02
Məşhur türk aktyoru vəfat etdi
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
19:39
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol