• $
  • £

Bakıda böyük əməliyyat

Bakıda böyük əməliyyat
21.04.2015 20:10
Azərbaycanda beynəlxalq rabitə xidmətləri ilə qanunsuz məşğul olan xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb.

Ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakı şəhərində kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıqlar quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, araşdırmalar zamanı, qeyd olunan qanunsuz əməlləri həyata keçirməklə Ukrayna Respublikasının vətəndaşının 25 min 571 manat, İran İslam Respublikasının vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan Respublikasının vətəndaşlarının 2 min 878 manat məbləğində dövlətə ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakıda sevgilisi ilə görüşən oğlan vəhşicəsinə döyüldü
06:53
Bakıda sevgilisi ilə görüşən oğlan vəhşicəsinə döyüldü
Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
02:16
Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
18:45
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
Rektor 6 dekanı birdən işdən çıxartdı
13:00
Rektor 6 dekanı birdən işdən çıxartdı
Adi sabunların
11:49
Adi sabunların "haqqı" qaytarıldı
Ortaq Türk Televiziyası yaradılır
17:38
Ortaq Türk Televiziyası yaradılır
Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
16:31
Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
Bakıda binalardan penoplast üzlüklərin sökülməsinə başlanılıb - FOTO
20:24
Bakıda binalardan penoplast üzlüklərin sökülməsinə başlanılıb - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol