• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Georgi Nikolov: “Əmin olun, “İnter” dağılmayacaq!”

Georgi Nikolov: “Əmin olun, “İnter” dağılmayacaq!”
29.05.2020 06:52

"Cahangir Hacıyev "İnter”in sahibi olaraq qalacaq. Mən də öz vəzifəmin başında olacam"

Bakının "İnter” klubunun prezidenti Georgi Nikolov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində dünən "Neftç”yə qarşı oyundan (2:1) sonra Qol.Az saytına müsahibə verib.


-"İnter”də baş verən son proseslərdən sonra klubun gələcək taleyi ilə bağlı nə deyə bilərsiz?

- Bu məsələ ilə bağlı indidən dəqiq bir şey söyləyə bilmərəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, bizim iddiamız əvvəlki kimi qalır. Bu günə kimi "İnter” necə idisə, gələcəkdə də elə olacaq. Bizə bu qədər diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Amma narahatlığa heç bir əsas yoxdur. Azərbaycan futbol ictimaiyyətinə, azarkeşlərimizə demək istəyirəm ki, rahat olsunlar. "İnter” gələcəkdə də öz iddialarında qalacaq.

- Demək istəyirsiniz ki, "İnter”in dağılmaq ehtimalı yoxdur?

- Yox, bundan söhbət belə gedə bilməz.

- Bəs klubun sahibi kim olacaq?

-  Hər şey olduğu kimi qalır. Əminliklə deyirəm ki, Cahangir Hacıyev "İnter”in sahibi olaraq qalacaq. Mən də öz vəzifəmin başında olacam.

- Klubun büdcəsinin 50 faiz azaldılacağı haqda yayılan məlumatlar nə dərəcədə doğrudur?

- Hər şey ola bilər. Bu məsələnin incəliyinə varmaq istəməzdim. Hazırda dünya iqtisadiyyatı çətin dövr yaşayır. Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır. Bu böhran ortadan qalxmayınca  müəyyən problemlər ola bilər. Biz "cənnət adası”da yaşamırıq. Dünya iqtisadiyyatında baş verən proseslər bizə də təsir göstərir. Obama işləri yoluna qoymayınca, biz dünya iqtisadiyyatı ilə ayaqlaşmalıyıq.

- "İnter Arena” stadionunun klubun əlindən alınacağı ilə bağlı məlumatlar nə dərəcədə doğrudur?

 - Bu arena bizim şəxsi mülkümüzdür. Yüz yox, milyard faiz əmin ola bilrəsiniz. Onu heç kimə vermirik. Klubumuz "İnter Arena”ya böyük vəsait xərcləyib. Burdan pul qazanırıq. Burdan xeyir götürürük. Gələcəkdə də bu arena klubumuza xidmət edəcək.

- Kaxaber Sxadadzenin əvəzləyicisi kim olacaq?

- Bu, yaxşı sualdır. Amma hələ ki, cavabı yoxdu.

- Slavço Georgiyevskinin "İnter”in yeni baş məşqçisi olacağı deyilir...

 - Belə olsaydı, çox şad olardım. Amma onun təhsili, təcrübəsi yoxdu. Bəlkə də 2-3 ildən sonra Georgiyevski "İnter”in yeni baş məşqçisi ola bilər. Amma hazırda onun təyinatı gündəmdə deyil.

- Yeni baş məşqçinin adını nə vaxt açıqlayacaqsız?

- Bu məsələ hər şey maddi durumdan asılıdır. Klubun növbəti mövsüm üçün büdcəsi təsdiqlənəndən sonra yeni baş məşqçi təyinatı da gerçəkləşəcək.

 - Cavablarınızdan belə başa düşdük ki, "İnter” və klubun bütün idarə heyəti fəaliyyətini davam etdirəcəklər.

- Əlbəttə. Sizi "İnter”in Avroliqadakı ilk ev oyununa dəvət edirəm. Oyunu mənimlə birgə VİP lojadan izləyib, dediklərimin həqiqət olduğuna əmin ola bilərsiz.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 21:53
"Qarabağ"dan daha bir transfer
Dünya çempionatının bilet satışlarına sentyabrdan start veriləcək
İdman 23:58
Dünya çempionatının bilet satışlarına sentyabrdan start veriləcək
2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
İdman 17:51
2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
İdman 08:38
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol