• $
  • £

Azərbaycan filmi ABŞ-da

Azərbaycan filmi ABŞ-da
29.04.2015 09:48
Son dövrdə çəkilmiş Azərbaycan filmlərindən biri ABŞ-da festivala qatılacaq. 

ANS PRESS-in "Azərbaycanfilm” kinostudiyasından aldığı məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” tərəfindən lentə alınan "Axınla aşağı” tammetrajlı bədii filmi aprelin 30–dan mayın 7-dək Los Angelesdə keçirələcək "SEEfest Film Festivalı”nda da nümayiş etdiriləcək. 

Festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovy Vary Beynəlxalq Film Festivalı çərçivəsində "East of the West” müsabiqə proqramında gerçəkləşib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib
14:03
Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
17:00
87-ci mövsümün yekununda “Sima” təqdim olundu... - Fotolar
İyunun ən çox satılan kitabları - Bakıda
15:49
İyunun ən çox satılan kitabları - Bakıda
Dahilər bu kitabları oxuyub - Adlar
17:12
Dahilər bu kitabları oxuyub - Adlar
Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
17:23
Ermənilər Azərbaycan rəqsini oğurladı - VİDEO
​Pikassonun əsəri hərracda 179 milyon dollara satıldı
09:52
​Pikassonun əsəri hərracda 179 milyon dollara satıldı
Elnur 2-ci yer tutdu
11:09
Elnur 2-ci yer tutdu
Məşhur türk aktyoru vəfat etdi
14:02
Məşhur türk aktyoru vəfat etdi
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
19:39
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol