• $
  • £

"Yox" cavabına görə qız qətlə yetirən oğlan: “Özümü də öldürəcəkdim” - FOTO

01.05.2015 21:56
Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu...

Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızını qətlə yetirən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

"Report”un məlumatına görə, Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:
"Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən İ.Hüseynov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı qətl hadisəsinin təfərrüatlarına aydınlıq gətiriləcək.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakıda sevgilisi ilə görüşən oğlan vəhşicəsinə döyüldü
06:53
Bakıda sevgilisi ilə görüşən oğlan vəhşicəsinə döyüldü
Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
02:16
Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
18:45
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
Rektor 6 dekanı birdən işdən çıxartdı
13:00
Rektor 6 dekanı birdən işdən çıxartdı
Adi sabunların
11:49
Adi sabunların "haqqı" qaytarıldı
Ortaq Türk Televiziyası yaradılır
17:38
Ortaq Türk Televiziyası yaradılır
Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
16:31
Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
Bakıda binalardan penoplast üzlüklərin sökülməsinə başlanılıb - FOTO
20:24
Bakıda binalardan penoplast üzlüklərin sökülməsinə başlanılıb - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol