• $
  • £

Bu gün əsrin döyüşü keçiriləcək

Bu gün əsrin döyüşü keçiriləcək
02.05.2015 12:14
ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyuezer arasında döyüş baş tutacaq.

ANS PRESS-in məlumatına görə, bu gün keçiriləcək döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Hazırda qarşıdurmanı izləmək istəyənlərə biletlər ikinci əldən on minlərlə dollara təklif olunur.

Sərbəst satışa 16 min biletdən yalnız 500-1000-ni çıxarılıb. Qalanları isə boksçulara, sponsorlara və döyüşün keçiriləcəyi MGM Grand Garden Arenanın rəhbərliyinə verilib. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılır.

Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada 3 dünya çempionu titulu oynanılır. Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyuezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur. Nəticədən asılı olmayaraq amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.

Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi boksçu Məhəmməd Əli verdiyi açıqlamada Menni Pakyaonu dəstəkləyəcəyini açıqlamışdı. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” və “Real” arasında matçların tarixləri məlum oldu
23:17
“Barselona” və “Real” arasında matçların tarixləri məlum oldu
​Flavinyo Neftçi
20:21
​Flavinyo Neftçi" klubundan ayrıldı
11:52
"Neftçi"nin matçında dava - VİDEO
Dünya estradasının ulduzları “Bakı-2015”in açılışında
17:45
Dünya estradasının ulduzları “Bakı-2015”in açılışında
I Avropa Oyunlarında mübarizəyə start verilib
09:59
I Avropa Oyunlarında mübarizəyə start verilib
Erməni idmançılar Bakıya gəldi
09:43
Erməni idmançılar Bakıya gəldi
İlham Əliyevdən Baku-2015 idmançıları üçün yüksək mükafatlar
09:39
İlham Əliyevdən Baku-2015 idmançıları üçün yüksək mükafatlar
Zlatan İbrahimoviç İsmayıllıda - FOTO
09:56
Zlatan İbrahimoviç İsmayıllıda - FOTO
Birinci Avropa Oyunlarının TƏHLÜKƏSİZLİK QAYDALARI
17:45
Birinci Avropa Oyunlarının TƏHLÜKƏSİZLİK QAYDALARI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol