“Real” “Yuventus”la bacarmadı - VİDEO
Çempionlar Liqasında 1/2 ilk oyununda "Yuventus” öz meydanında Madridin "Real” klubunu 2:1 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, oyunda hesabı 9-cu dəqiqədə Alvaro Morata açıb. Madrid klubu hesaba Kriştiano Ronaldonun 27-ci dəqiqədə vuruduğu qolla tarazlıq gətirib.
Bu qolla Ronaldo həmçinin Çempionlar Liqasının tarixində yeni rekorda imza atdı. Avropanın ən nüfuzlu turnirində qollarının sayını 76-ya çatdıran portuqaliyalı futbolçu "Barselona”nın hücumçusu Lionel Messini (75 qol) qabaqlayaraq Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu olub.
Matçın ikinci hissəsi də gərgin və maraqlı keçib.
58-ci dəqiqədə Karlos Tevez özü qazandığı penalti zərbəsini dəqiq yerinə yetirərək "qoca sinyora”nı hesabda irəli çıxarıb.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq oyunda başqa qol olmayınca matç elə bu hesabla da başa çatıb.
Cavab oyunu mayın 13-də Madriddə keçiriləcək.
Qeyd edək ki, yarımfinalan ikinci oyunu bu gün keçiriləcək və "Barselona” "Bavariya”nı qəbul edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər