• $
  • £

Ermənistan üzr istədi

Ermənistan üzr istədi
08.05.2015 11:09
Ermənistan parlamentinin spikerinin Tsxinvali marionet rejiminin nümayəndəsi ilə görüşməsi olduqca təhlükəli tendensiyadır. 

Oxu.Az "Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın XİN başçısı Tamar Beruçaşvili dünən parlament komitələrinin birgə iclasında bildirib. 

Beruçaşvili əmindir ki, bu addımların arxasında ciddi və gələcəyə yönəlmiş planları olan qüvvələr dayanıb. 

"Təbii ki, bu planların həyata keçməməsi üçün və bu mövzuların spekulyasiya predmetinə çevrilməməsi üçün hər şey etməliyik”, - Beruçaşvili qeyd edib. 

"Bizim səfir iki dəfə Ermənistan XİN-də olub. Gürcüstanın baş naziri həmkarı ilə danışıb və onlar bu danışıqdan sonra praktiki olaraq üzr istəyiblər. Biz qərara gəldik ki, vəziyyəti səfirin məsləhətləşmələr üçün geri çağrılmasına qədər çətinləşdirməyək, lakin bu məsələ nəzarətə götürülüb. Qorxuram ki, bu sonuncu epizod olmayacaq. Qonşu Ermənistanın bu gün apardığı vektor, prioritet və siyasətini, bu gün hansı reallıqlarla yaşadığını nəzərə alsaq, istisna olunmur ki, bu və ya digər mövzular Gürcüstanın ziyanına istifadə olunacaq.  

Sizi inandırmaq istəyirəm ki, bu məsələ xüsusi diqqət altında olacaq və bu mövzuda biz Brüsseldə danışmışıq. Bu məsələ onlar üçün də prioritetdir”, - Beruçaşvili deyib. 

Xatırladaq ki, öncə Tsxinvali KİV-i, daha sonra isə Ermənistan KİV-i Ermənistan spikeri Qalust Saakyanın marionet rejimin nümayəndəsi Anatoli Bibilovla görüşü barədə məlumat yaymışdı. Rəsmi İrəvan iddia edir ki, bu qeyri-rəsmi görüş olub. Lakin erməni tərəfinin bəyanatlarında bəzi qeyri-dəqiqliklər var.

Bəziləri iddia edirlər ki, görüş Bibilovun qondarma seçkiləri münaşhidə etməsi üçün olduğu Qarabağda, digərləri isə görüşün Bibilovun Qarabağdan qayıtdığı vaxt qondarma "erməni soyqırımı” ilə bağlı erməni spikerinə başsağlığı vermək üçün İrəvanda baş tutduğunu iddia edirlər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Dünya 03:33
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Krımda nüvə silahı təhlükəsi
Dünya 03:19
Krımda nüvə silahı təhlükəsi
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Dünya 03:13
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
Dünya 19:23
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Dünya 21:30
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Rusiyada türk filmlərinə QADAĞA
Dünya 09:45
Rusiyada türk filmlərinə QADAĞA
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Dünya 10:23
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Dünya 11:36
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Kralın 16
Dünya 14:32
Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol