• $
  • £

Ərzaq məhsulları bahalaşdı

Ərzaq məhsulları bahalaşdı
13.05.2015 14:29
2015-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətləri 0,5 % bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,5 %, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 % ucuzlaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 % ucuzlaşıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Ay ərzində qarabaşaq yarmasının, balıq məhsullarının, toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, şəkər tozunun, göyərtinin, çuğundurun, kartofun qiymətlərində ucuzlaşma müşahidə olunub.

Bundan başqa, düyünün, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, kələmin, kökün, soğanın, sarımsağın, spirtli içkilərin qiymətləri isə bahalaşıb.

Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri ucuzlaşıb.

Komitə bildirir ki, ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Azərbaycanda dollar və avro bahalaşdı
04:59
Azərbaycanda dollar və avro bahalaşdı
Azərbaycanda dollar ucuzlaşdı - Məzənnə
04:59
Azərbaycanda dollar ucuzlaşdı - Məzənnə
Xarici valyuta məzənnələri – RƏSMİ
04:58
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol