• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Fransa prezidentindən Dağlıq Qarabağ mesajı

Fransa prezidentindən Dağlıq Qarabağ mesajı
29.05.2015 17:44
"Fransa Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacaq”

Fransa prezidenti Fransua Olland Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, F. Ollandın məktubunda deyilir:
 
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram. Aprelin 25-də Bakıya səfərim zamanı göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
 
Son illər ölkələrimiz arasında etimad və dostluğa əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsi məni çox sevindirir. Qarşılıqlı tərəfdaşlığımızın daha da inkişaf etməsini və şaxələnməsini arzu edirəm. Mənim ölkənizə son səfərim çərçivəsində əsas prinsiplərini razılaşdırdığımız Azərbaycan-Fransız Universiteti hər iki ölkənin gənclərinə verəcəyi bəhrəyə görə çox vacibdir.
 
Uzun müddətdir davam edən və Qafqaz regionunun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacağına əmin ola bilərsiniz.
 
Şərq Tərəfdaşlığının Riqa Sammitində qeyd etdiyim kimi, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hər bir tərəfdaşa qarşılıqlı hörmət əsasında davam etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıyam. Bu baxımdan strateji tərəfdaşlığı modernləşdirmək məqsədi daşıyan danışıqlara tez bir zamanda nail olunmasını arzu edirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 22:30
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol