• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

FİFA-nın prezidenti Platini ola bilər

FİFA-nın prezidenti Platini ola bilər
03.06.2015 20:57
Cəmi beş gün əvvəl beşinci müddətə FİFA-nın prezidenti seçilmiş Yozef Blatterin dünən axşam gözlənilməz istefasından sonra gündəmə onu kimin əvəzləyəcəyi sualı gəlib.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Futbol Federasiyasının rəhbəri Mişel Platini FİFA-nın boş qalmış prezidenti postuna keçiriləcək növbədənkənar seçkilərdə favorit hesab edilir. Dünya bukmeykerləri məhz onun qələbəsinin daha inandırıcı olduğunu düşünürlər. Namizədlərin reytinqində sonrakı yeri təşkilatın başçısı vəzifəsinə mayın 29-da keçirilən seçkilərdə iştirak edən, ikinci turda namizədliyini geri götürən İordaniya şahzadəsi Əli bin əl-Hüseyn tutur.

Böyük korrupsiya qalmaqalına, təşkilatın rüşvət və digər cinayətlərdə ittiham olunan 7 yüksək vəzifəli üzvünün həbsinə baxmayaraq, mayın 29-da Yozef Blatter yenidən FİFA-nın prezidenti seçilib. İyunun 2-də isə şübhəlilərin siyahısı bir qədər də genişlənib və bura federasiyanın baş katibi, Y.Blatterin sağ əli Jerom Valkenin də adı əlavə olunub. Onun 10 milyon dollarlıq bank köçürmələrinə sanksiya verməsi ABŞ müstəntiqlərinin diqqətini çəkib. Onlar bu vəsaiti futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini təsdiqləmək üçün verilən rüşvət hesab edirlər.

Yozef Blatter isə öz növbəsində məmurlarının korrupsiya fəaliyyətindən xəbərsiz olduğunu və buna görə məsuliyyət daşımadığını bildirib. Eyni zamanda, FİFA-nın son 20 ildəki fəaliyyətini araşdıran Federal Təhqiqatlar Bürosu qanunsuz ödənişlərin məbləğini 150 milyon dollar həcmində qiymətləndirir.

ABŞ-ın baş prokuroru Loretta Linç həbs olunan məmurların oyunları kimin yayımlayacağını, çempionatların harada keçiriləcəyini və futbol oyunlarının təşkili ilə kimin məşğul olacağını həll etmək üçün rüşvət aldığını vurğulayıb.

Yozef Blatterin istefası FİFA-nın qərarlarına yenidən baxılması üçün tam bir prosesin yalnız başlanğıcı ola bilər. Müstəntiqlər, əsasən 2018-ci və 2022-ci illərdə Rusiya və Qətərin futbol üzrə dünya çempionatını keçirmək hüququnu nə dərəcədə düzgün əldə etdiklərinə şübhə ilə yanaşırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol