• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Bakı 2015 Afrikada da yayımlanacaq

Bakı 2015 Afrikada da yayımlanacaq
05.06.2015 19:17
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi "Fox Sport Afrika” teleyayım şirkəti ilə müqavilə imzalayıb.

Bu gün, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi "Fox Sport Afrika” teleyayım şirkəti ilə müqavilə imzalayıb. 

ANS PRESS-in BEGOC-a (Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi) istinadla verdiyi məlumata görə, bununla da Afrika qitəsinin 25 dövlətində Birinci Avropa Oyunları yayımlanacaq. 

Ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin Bakı 2015-i izləməyinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək.

Kabel televiziyası olan "Fox Sport Afrika” yarışları, eləcə də açılış və bağlanış mərasimlərini Fox Sport və Fox Sport-2 kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bu müqavilədən sonra, Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatdı. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq. 

Yeni yayım müqaviləsi ilə bağlı Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq aşağıdakıları bildirib: "Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir, Birinci Avropa Oyunları olduğu üçün, yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin Bakı 2015-ə yeni tərəfdaşımız "Fox Sport Africa” yayım şərkəti də daxil olmaqla dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam”.

Açılış mərasiminə bir həftə qalmış, Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır”.

"Fox Sport Africa” televiziya şirkətinin kanallar üzrə direktoru Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: "Biz, izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. Bakı 2015 Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz, dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu – Bakı 2015-in tərəfdaşı olmaqdan qürur duyuruq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol