• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Yeni “iOS 9” mobil platforması təqdim olundu

Yeni “iOS 9” mobil platforması təqdim olundu
09.06.2015 19:30
"Apple” şirkəti yeni "iOS 9” mobil əməliyyat sistemini təqdim edib. Platformanın əsas xüsusiyyətləri məhsuldarlığın yaxşılaşdırılması və "Proactive Assistant” funksiyasının köməyi ilə axtarışın təkmilləşdirilməsidir. Bu barədə "WWDC” konfransında şirkətin vitse-prezidenti Kreyq Federiqi bildirib.
 
"Proactive Assistant” - "Siri” funksiyasını tamamlamaqla "Google Now” servisinin rəqibi hesab edilir. Funksiya istifadəçinin gün ərzində davranışını öyrənəcək və ona lazım bildiyi vaxtda əlavə və ya kontent təklif edəcək. Məsələn, istifadəçi həftədə üç dəfə idman zalına gedərsə və müəyyən vaxtda qulaqcıq taxarsa, məhz həmin vaxtda "Proactive” məşq üçün energetik musiqini işə salacaq.  
 
Bundan başqa, funksiya istifadəçinin elektron poçtundan tanış olmayan nömrələri və digər məlumatları seçib ayıra bilir. Kənar proqram tərtibatçıları funksiyanı öz əlavələrinə inteqrasiya edə biləcəklər. 
 
"iOS 9” platforması "iOS 8” sisteminin dəstəkləndiyi bütün qurğularda işləyəcək. Bu isə o deməkdir ki, bütün "iPhone” və "iPad” modelləri, o cümlədən "iPhone 4S” və "iPad 2” yenilənəcək. "Apple” nümayəndələri bildirib ki, platformanın yaddaş tutumu 1,3 giqabayat təşkil edəcək. "iOS 9” sisteminin idarəetməsi ilə işləyən qurğunun iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür.
 
Tərtibatçılar "iOS 9”-un beta-versiyasından artıq bu gün yararlana biləcəklər, istifadəçilər isə iyulda ümumi versiyadan istifadə etmək imkanı əldə edəcəklər. Final versiyasının cari ilin payızında buraxılması gözlənilən platformadan istifadəçilər pulsuz yararlanmaq imkanı əldə edə biləcəklər, - "Lenta” yazır.  /ictnews.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol