• $
  • £

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
12.06.2015 12:03
Baş Dövlət Yol Polisi İdarəsi Bakı 2015 I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a bildirib ki, bu gün paytaxtın müəyyən küçələrində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müvəqqəti olaraq məhdudiyyətlər olacaq.

Şöbə rəisinin sözlərinə görə, Bakı 2015 I Avropa Oyunlarının mahiyyətini nəzərə alaraq hər kəs çalışmalıdır ki, ictimai nəqliyyata üstünlük versin. 

"Avropa Oyunları ilə əlaqədar tədbirlərin keçirilməsi, gələn qonaqların müşahidə olunması, iştirakçıların idman kompleksinə aparılması, tamaşaçıların daşınması ilə bağlı müəyyən vaxtlarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulub”.

Kamran Əliyev əlavə edib ki, Bakının şimal və cənub girişində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

"Biz dəfələrlə məlumat vermişik ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə paytaxt ərazisinə nəqliyyat vasitələrinin daxil olmasına müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Vətəndaşlar fərdi nəqliyyat vasitələrindən imtina edib, ictimai nəqliyyatdan istifadə edərək rahat şəkildə istədikləri ünvana doğru hərəkət edə bilərlər”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol