• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Rövnəq Abdullayev: "Statoil" SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır"

Rövnəq Abdullayev:
12.06.2015 17:02
 Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İlk Avropa oyunlarında iştirak etmək üçün Azərbaycanda olan "Statoil" şirkətinin baş icraçı direktoru Eldar Saetreni və onu müşayiət edən heyəti qəbul edib.

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev "Statoil”un baş icraçı direktorunu yeni vəzifəsi münasibəti ilə təbrik edib.

SOCAR və "Statoil” arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açan R. Abdullayev Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib. O, son illər "Şahdəniz”, "Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində və SOCAR-ın müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmizin böyük nailiyyətlər qazandığını vurğulayıb. Bildirilib ki, "Statoil” "Şahdəniz” layihəsini tərk etsə də, "Azəri-Çıraq-Günəşli” və digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır.

"Statoil”un baş icraçı direktoru rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb və yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, "Şahdəniz” layihəsini yüksək qiymətləndirərək, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rol oynadığını qeyd edib.

E. Saetre Azərbaycan Qaz Təchizatı Şirkəti və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu üzərinə götürdüyünə görə SOCAR-a təşəkkürünü bildirib və yüksək peşəkarlıq səviyyəsinə malik SOCAR komandasının bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını söyləyib. O, AÇG və Azərbaycanda iştirakçısı olduqları digər layihələrdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini vurğulayıb, SOCAR-a müvəffəqiyyətlər arzulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol