• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

“Qazprom”dan Azərbaycana təklif

“Qazprom”dan Azərbaycana təklif
22.06.2015 10:16
Rusiyanın "Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda keçirilən İqtisadi Forum-2015 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüş zamanı "AzMeCo” metanol zavodunu qazla təmin etmək təklifini irəli sürüb.

Bu barədə "Report”a SOCAR-dan bildiriblər. Məlumata əsasən, təklif SOCAR rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, illik istehsal gücü 720 000 ton metanol olan "AzMeCo"nun (AzMeCo-Azerbaijan Methanol Company) əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər "AzMeCo"da 193 min. ton məhsul istehsal edilib, o cümlədən 191 min. ton metanol satışı həyata keçirilib. Nəticədə, Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib. Zavodun qaza olan illik tələbatı isə 600 milyon kubmetr həcmində qiymətləndirilir.

Xatırladaq ki, Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində həmçinin SOCAR və Rusiya "Qazprombank”ı Azərbaycanda polipropilen və polietilen istehsalı ilə məşğul olacaq "SOCAR Polymer" zavodunun inşasının maliyyələşdirilməsi ilə bağlı razılaşma imzalanıb. Sənədi "Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. "Qazprombank"ın İnvestisiya Komitəsi "SOCAR Polymer" üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit ayırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol