• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzinin qiyməti artırılır

Azərbaycanda benzinin qiyməti artırılır
30.12.2025 14:50

Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb. Bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Məlumata görə, Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.

Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.

Yanacaq tariflərinin müəyyən hissəsi "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.

Dəyişikliklər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Dünya 23:52
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Dünya 23:25
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Dünya 22:35
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Parisdə komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq
Dünya 22:20
Parisdə komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Dünya 14:50
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Dünya 12:30
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
Dünya 07:49
“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Dünya 22:39
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
Dünya 21:40
Trampla Ərdoğan arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol