Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən təmasları dəstəkləyir və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü çərçivəsində Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
“Cənubi Qafqazda sülh və sabitlik region ölkələri ilə birlikdə bütün türk dünyası üçün böyük imkanlar yaradacaq. Biz azərbaycanlı qardaşlarımızın Ermənistanla əlaqələrini dəstəkləyirik və sülhün möhkəmləndirilməsinə töhfə verməyə davam edəcəyimizi bəyan edirik”, - Ərdoğan deyib.
O qeyd edib ki, regional münaqişələr heç bir tərəfə fayda vermir və qlobal iqtisadiyyat, ticarət və enerji bazarları üçün ciddi nəticələrə səbəb olur.
Ərdoğan, həmçinin İranla münasibətlərdə son dövrdə artan gərginliyin hərbi əməliyyatlarla deyil, diplomatik proseslə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Gülnar Nazimqızı