• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
30.10.2026 23:52

ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.Bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 2026-cı il oktyabrın 23-dən etibarən ABŞ hökumətinin kritik vəzifələrin icrasına cəlb olunmayan əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə təhlükəsizlik təhdidləri səbəbindən Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verilib.

Qeyd olunub ki, Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır. Hücumlar mülki hava limanlarını və digər mühüm infrastrukturu da əhatə edir. Nəticədə mülki əhali arasında itkilər qeydə alınır, nəqliyyat əlaqələrində ciddi fasilələr yaranır.

Dövlət Departamenti münaqişənin birbaşa döyüş zonasından kənara sürətlə yayılması ehtimalının olduğunu da vurğulayıb.

Bundan əlavə, ABŞ diplomatlarına krallıq ərazisindəki istənilən hava limanından istifadə etmək üçün missiya rəhbərindən xüsusi icazə almaq tapşırılıb. Bu qərarın hava limanlarına raket və pilotsuz uçuş aparatları ilə son hücumlarla əlaqədar qəbul edildiyi bildirilib.

Dövlət Departamenti ABŞ vətəndaşlarına mümkün hücumlara, hava məkanının bağlanmasına, reyslərin ləğvinə və nəqliyyat əlaqələrində yarana biləcək fasilələrə hazır olmağı tövsiyə edib.

Qurum, həmçinin Səudiyyə Ərəbistanında raketdən müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və onların düşdüyü ərazilərin foto və videolarının çəkilməsinin, eləcə də bu barədə məlumatların yayılmasının qadağan edildiyini xatırladıb. Bildirilib ki, bu qaydaları pozan, o cümlədən dövlət binalarını, hava limanlarını və raketlərin düşdüyü yerləri çəkən ABŞ vətəndaşları saxlanılb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Dünya 23:52
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Dünya 23:25
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Dünya 22:35
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Parisdə komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq
Dünya 22:20
Parisdə komendant saatı iki gecəlik yenidən tətbiq olunacaq
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Dünya 14:50
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Dünya 12:30
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
Dünya 07:49
“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Dünya 22:39
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
Dünya 21:40
Trampla Ərdoğan arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol