• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

"Böyük Britaniya Dağlıq Qarabağ Respublikası adlandırılan qurumu tanımır"

01.07.2015 19:09
 "Böyük Britaniya Dağlıq Qarabağ Respublikası adlandırılan qurumu tanımır və Böyük Britaniya hökumətinin onun heç bir nümayəndələri ilə əlaqəsi yoxdur".

APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ separatçı rejiminin başçısı Bako Saakyanın Londonda "Chatham House” təşkilatı tərəfindən məruzəçi kimi dəvət olunmasına münasibət bildirərkən deyib.

Səfirlikdən bildirilib ki, Bako Saakyan Böyük Britaniyaya müstəqil olaraq səfər edir və yerli hökumətin bu səfərdə heç bir rolu yoxdur: "Chatham House” müstəqil institutdur və tədbirlərə kimi dəvət etmək barədə qərarını özü verir.  Britaniya hökuməti qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyət göstərməsi prinsipinə hörmətlə yanaşaraq bu qərarların qəbul edilməsinə heç cür təsir göstərmir”.

Xatırladaq ki, "Chatham House” Beynəlxalq Əlaqələr İnstitutu 8 iyul tarixində Londonda Dağlıq Qarabağ münaqişəsi və regional problemlərlə bağlı tədbir keçirəcək. Bu barədə qurumun saytında yerləşdirilən məlumatda tədbirdə iştirak edəcək Bako Saakyan "de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi qeyd edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 22:30
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol