• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Azərbaycan, Türkiyə və Rusiya iş adamları yeni əməkdaşlığa başlayır

Azərbaycan, Türkiyə və Rusiya iş adamları yeni əməkdaşlığa başlayır
03.07.2015 14:59
Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin iş planına uyğun olaraq Konqresin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının sədri, Moldava Sənayeçiləri və Sahibkarları Milli Konqresinin prezidenti Vasili Tarlev bildirib ki, bu tədbir tərəflər arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Son illərdə dünyada baş verən iqtisadi inkişaf tempinin gücləndiyi bir vaxtda belə bir konfransın keçirilməsinin önəmini qeyd edən V.Tarlev əlavə edib ki, Azərbaycan sürətlə inkişaf edir: "Özəl sektorun yüksəlişi ilə əlaqədar, sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında dialoq təcrübəsinin öyrənilməsində maraqlıyıq".
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov da ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, son on ildə ölkənin əldə etdiyi iqtiadi nailiyyətlər barədə çıxış edib. O, deyib ki, Azərbaycanda ÜDM-in 83%-dən çoxu özəl sektorun payına düşür.

"Qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu getdikcə artır. Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onlar arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir”, - deyə S.Məmmədov bildirib.

ASK prezidenti Məmməd Musayev, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə qurum arasındakı qarşılıqlı əməkdaşlıq, həyata keçirilən layihələr haqda məlumat verib: "Konfederasiya sahibkar, dövlət orqanları və yerli qurumlarla birgə iş görür. Biz həm də beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyümüzü bundan sonra da məmnuniyyətlə davam etdirəcəyik”.

Jurnalistlərə açıqlamasında Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) İdarə Heyətinin sədri Yavuz Keleş Azərbaycanda 20 ildir fəaliyyət göstərdiklərini deyib və bildirib ki, əməkdaşlığın bundan sonrakı istiqaməti üçüncü ölkələrə çıxmaqla davam etdiriləcək. "Biz artıq üçüncü ölkələrlə - Afrikanın bir sıra ölkələri ilə əməkdaşlıq edirik. Bu gün isə Rusiyadan gələn iş adamları ilə birgə əməkdaşlığa dair müqavilə imzaladıq. Bu müqavilənin Azərbaycan, Türkiyə və Rusiya üçün xeyirli olacağına ümid edirik", - deyə Y.Keleş qeyd edib.

Çıxışlardan sonra müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələləri, milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bigə fəaliyyəti və digər məsələlər müzakirə olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol