• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

"Chatham House"un direktoruna etiraz məktubu

07.07.2015 17:05
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib. 

"Report" xəbər verir ki, deputat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktuba ilə müraciət etdiyini deyib.

Etiraz məktubunda deyilir: "Ötən həftə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan kitab təqdimatında iştirak etmək mənə nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin dırnaqarası prezidenti Bako Saakyanın "Chatham House"da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm. 

Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq qrupunun katibi olaraq "Chatham House" kimi nüfuzlu instituta belə arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 22:30
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol